Primavera P6 vəya Microsoft Project proqramlarını bilməklə planlama mühəndisi olmaq mümkündürmü?

Əminik ki, çoxlarını bu sual maraqlandırır. Çünki bu sualla çox qarşılaşmışıq. İlk öncə onu qeyd edək ki, Azərbaycanda planlama mühəndisinin işinin nədən ibarət olduğunu çoxlarına tam aydın deyil, xüsusən də yerli şirkətlərdə. Çoxu elə bilir ki planlama mühəndisnin işi layihədə icra olunacaq işlərin ardıcıllığını müəyyən edib bir-birinə calamaqla “schedule” hazırlmaqdan ibarətdir. Halbuki bu planlama mühəndisinin ümumi işinin demək olar ki, max 8-10% təşkil edə bilər. Planlama mühəndisinin əsas işi layihə başladıqdan sonra başlayır.

Yalnız Primavera P6 və ya MS Projecti bilmək planlama mühəndisi üçün kifayət deyil, ancaq bu proqramları bilmək vacibdir. Çünki dünyanın hər yerində planlama mühəndislərindən layihə işlərini planlaşdırmaq üçün hər hansı bir “tool”-un bilməsi tələb olunur. Yəni bu proqramalardan ən azı birni bilməsə, heç kəs onu planlama mühəndisi kimi işə almaz. Təbii ki, planlama mühəndisi bu proqramlarla bərabər eyni zamanda ümumi layihə idarəetmə və aşağıda qeyd olunan bəzi biliklərə sahib olmalıdır:

Layihə nədir və hansı mərhələlərdən ibarətdir?
Layihə idarə etməsi nədir?
Layihənin təqvim planı nədir və necə hazırlanır?
Təqvim planı hazırlmaq üçün hansı məlumatlar lazımdır və nələrə diqqət olunmalıdır?
Planlama mühəndisinin vəzifə öhdəlikləri nələrdir?  Hesabatlar…və s.

Biz Gantt Coaching & Consulting olaraq təlimlərimizdə təkcə “software” öyrətmirik. Təlimlərimiz praktiki olduğu üçün real layihələr üzərində bir planlama mühəndisinin yerinə yetirməli olduğu bütün işləri həm tətbiqi olaraq göstəririk, həm də nəzəri bilikləri öyrədirik (yuxarıda qeyd elədiyim sualların cavabı və bir çox digər məlumatlar).

Təlim iştirakçılarının təlim haqqında rəylərindən birini sizlərlə paylaşmaq istərdik

Hər şey mükəmməl keçdi. Təlimin təşkili, təlimçinin iştirakçılarla münasibəti, materialların aydın və asan şəkildə izahı, verilən ən kiçik sualların belə təmkinlə və səbrlə cavablandırılması və s. Bundan əlavə, təlim paketinə daxil olmamasına baxmayaraq, təlimçinin Lahiyələrin idarə olunmasıyla bağlı verdiyi əhatəli məlumatlar, bizə bu məlumatları Primavera P6 da asan şəkildə tətbiq etməyimizə və nəzəri və praktiki bilikləri rahat mənimsəməyimizə kömək oldu. GANTT şirkət rəhbərliyinə və əməkdaşlarına belə professional təlim təşkil etdiklərinə görə təşəkkürümü bildirirəm.

Fərid Dünyamalıyev,
Site Administrator
SAİPEM

Növbəti ən çox verilən suallardan biri:

Planlama mühəndisi həyata keçirəcəyi prosesslərin ardıcıllığını mühəndis zəkası ilə görə bilmirsə, o zaman bu “aktivity” -ləri necə doğru ardıcıllıq və məntiqlə əlaqələndirib planlaşdıra bilər?

Siz özünüz düşünün elə bir işçi varmı ki, layihədəki bütün işləri o işin mütəxəssisi qədər bilsin. Yəni bir adam həm elektrik, həm də mexanik, boru, inşaat və s. bütün işləri o işin mühəndisi qədər yaxşı bilə bilərmi?. Əlbəttə ki, yox. Buradan aydın olur ki, planlama mühəndisi bütün bu işləri bilmək məcburiyyətində deyil. Əsas odur ki, planlama mühəndisi öz işinin nə olduğunu bilsin və lazım olan məlumatları toplayıb öz işini qura bilsin. Planlama bir komanda işidir. Planlama mühəndisi layihə idarəetmə komandasında olan işçilərin (mühəndislərin – elektrik, mexanik, inşaat və s.) düşündükləri iş ardıcıllığı senariyasını qrafik/cədvəl olaraq qurmalıdır. Layihənin inteqrasiya olunmuş planını komanda ilə birgə hazırlayıb bütün layihə iştirakçılarını layihənin ümumi planı ilə təmin etməlidir . Əks halda hər bir mühəndisin beynindəki senariya özündə qalacaq və komanda üzvlərinin bir-birinin ağlındakı senariyalardan xəbəri olmayacaq. Buradan aydın olur ki, planlama işini görən işçinin mühəndis olması şərt deyil. Əlbəttə zamanla planlamaçı da mühəndis ola bilər. Təsəvvür edin bir planlamaçı uzun müddət eyni tipli (misal üçün bina tikir) layihələri icra edir, təbii ki 4-5 ildən sonra o planlamaçı həmin sahə üzrə bir çox işləri öyrənmiş olacaq və artıq işlərin məntiqi ardıcıllığını da sərbəst qura biləcək.

Ola bilər kimsə ixtisasca elektrik mühəndisidir və sonradan planlama mühəndisi olub, təbii ki həmin adam elektrik işlərini tək başına planlaşdıra bilər, amma layihənin ümumi planını hazırlamaq üçün əlbəttə ki, yenə digər mühəndislərin köməyinə ehtiyacı olacaq. Yəni elektrikçi mexanik, boru və s. işləri o sahənin mütəxəssisləri qədər bilə bilməz. Bu işləri onların köməyi ilə planlaşdırmalıdır.

Onu da qeyd edək ki, ən yaxşı planlamaçı həm işin texniki tərəfini bilən həm də planlama biliklərini “software ” – də tətbiq edə biləndir. Ancaq planlamaçı olaraq işə başlamaq istəyənlər mütləq şəkildə bu proqramlardan birini bilməlidir, işin texniki tərəfini isə işləyərək təcrübə ilə qazana bilər.

Scroll to Top