Oracle Primavera P6 - Fundamental+Advanced

Mikayıl Rəhimov

Konsultant | Təlimçi

Konsultant | Təlimçi Mikayıl Rəhimov 10 ildən çoxdur yerli və xarici şirkətlərdə inşaat,neft-qaz,informasiya texnologiyaları sənayelərində layihələrin planlaşdırılması və kontrolu sahəsində işləyir. Riyazi modelləşdirmə üzrə magistr dərəcəsi var və layihələrin planlaşdırılması və idarə edilməsi üzrə aşağıdakı beynəlxalq sertifikasiyaları vardır:

Certified Project Scheduling Professional (PScP™) Certified Project Scoping Professional (PSpP™) Schedule Risk Analysis with Primavera Earned Value Management Applied Project Controls Effective Project Control System for Engineering and Construction Projects Progress Measurement System Leadership in Projects Methodology of Project Management

Bu günə kimi aşağıda qeyd olunan bir çox yerli və xarici şirkətlərin əməkdaşları üçün həm təlimlər keçmişdir həm də xidmət göstərmişdir:

AECOM, MACE international, Lindner group, Bos Shelf, Azfen, Alke Construction, Caspian Investment and Development Corporation, KTİB holding, Dia holding, PMD Group, Agroinvest, Azimport, SOCAR, Azərqaz, Akkord inşaat sənaye, AS inşaat, A-KOND, Vertex, SMTS Qrup, Sentra, Global, Technol, Laser Gulf, Improtex, Təhsil nazirliyi və Nəqliyyat nazirliyi və s.

Təlim haqqında

Primavera Kursu haqqında

Primavera P6 dünyada ən çox istifadə olunan layihə planlaşdırma, nəzarət və idarə etmə proqramıdır.
Bu proqram hər növ və böyüklükdəki layihələr üçün ən yaxşı idarəetmə vasitəsidir. Primavera hər hansı bir layihəni başdan sona qədər bütün tərəfləri ilə planlaşdırmanızı və nəzarət etmənizi təmin edəcək proqramdır. Layihənin vaxtının, büdcəsinin, resursların, risklərin təyin edilməsi və analizi baxımından sizə çox kömək olacaq və müvafiq hesabatların hazırlanmasında sizin üçün ən yaxşı vasitədir. Layihə yönümlü fəaliyyət göstərən şirkətlərə  fərqli sfera və platformalarda, sektorlarda müxtəlif həllər təqdim edir.Primavera ilə hər hansı bir layihəni planlayaraq o layihədə iştirak edən hər kəsin iş müddətindəki vəziyyətini izləmək mümkündür. Beləliklə layihənin həyat dövrü(icrası) ərzində hansı gün hansı işçilərin işləyəcəyini,nə qədər resurslara ehtiyacınız olduğunu, hansı ay nə qədər büdcəyə ehtiyacınız olduğunu, problemlərin proyektə nə qədər mane olacağını, hər an qazanc və ziyanın balansını tam olaraq nəzarətdə saxlama və layihənin gələcəyi ilə bağlı düzgün proqnozlar vermə imkanınız olacaq.

Müddət

21 saat

Dil

Azərbaycan dili

Qiymət

1260 AZN

Təlimçi

Mikayıl Rəhimov

  • Risklərin idarə edilməsi sahəsində işləyənlər,
  • Planlama mühəndisləri,
  • Layihə kontrol mühəndisləri,
  • Layihə rəhbərləri, 
  • Layihə koordinatorları,
  • Büdcəyə nəzarət mühəndisləri 
  •  
  • Layihənin yaradılması
  • İşlərin iyerarxik strukturunun yaradılması (WBS)
  • Layihənin təqvimin yaradılması
  • İşlərin əlavə edilməsi
  • İşlər arasındakı məntiqi asılılığın qurulması və növləri
  • İşin icrası üçün tələb olunan vaxtın, resursların(insan, texnika və materialların) və büdcənin hesablanması
  • İşlərin qruplaşdırılması, çeşidləməsi və filtirasiyası
  • Maketlərin yaradılması,yadda saxlanması,import və eksport edilməsi
  • Məhdudiyyətlərin tətbiq edilməsi
  • Resurs bazasının yaradılması və işlərə təyin edilməsi
  • Layihənin təqvim planının yaradılması
  • İşlərin nömrələnməsi və onların əhəmiyyəti
  • Layihə,iş və resurs kodlarının yaradılması və istifadə qaydaları
  • Layihədə kritik yol nədir və onun əhəmiyyəti (CPM)
  • Layihənin əsas təqvim planının yaradılması (Baseline)
  • Layihənin planının optimallaşdırılması
  • Layihənin təqvim planının yerinə yetirilməsi
  • İcra olunan işlərin faizlərinin hesablanması qaydaları
  • Layihənin yerinə yetirilməsinin təhlili (Əsas planla müqayisəsi)
  • Layihənin yerinə yetirilməsinin hesabatı (Histogramlar, S əyriləri (S-Curve) və digər hesabatlar)
  • Layihənin gələcəyi ilə bağlı proqnozların verilməsi
  • Layihə üzrə verilənlərin dəyişdirilməsi
  • İcra olunmuş dəyərin idarə olunması(Earned Value Management) nədir və onun layihədə tətbiqi
  • İcra olunmuş dəyərin(Earned Value) hesablanması metodları və indekslər
  • Layhənin nəğd pul hərəkəti (Cash Flow) və büdcəyə nəzarət
  • Layihənin gələcəyi ilə bağlı proqnozların verilməsi
  • İş sənədlərin yaradılması və işlərə təyin edilməsi (WPs&Docs)
  • İşlərlə əlaqəli məsələlərin yaradılması metodları
  • Layihənin veb-saytının yaradılması
  • Primavera P6 –nın istifadəçi və administrator parametrləri

Introduction to Risk & Risk Terminology.

  • Risk & Sources of Risk in Projects.
  • Important Terms in Risk Analysis.
  • Primavera Risk Analysis Big Picture.
  • Steps of Risk Analysis.

Introduction to Primavera Risk Analysis Tool

  • User Interface of Primavera Risk Analysis Tool (Pertmaster).
  • File Menu.
  • Edit Menu.
  • View Menu
  • Insert Menu.
  • Format Menu.
  • Plan Menu.
  • Risk Menu & Reports Menu
  • Tools, Window & Help Menu.

Importing & Checking a Project Schedule

  • Import Schedule/Project.
  • Check Import Log.
  • Perform Schedule Validity Check.

Duration Uncertainty

  • Adding Duration Risk Manually
  • Duration Quick Risk
  • Templated Quick Risk
  • Risk Analysis
  • Run Risk Analysis

Risk Reports

  • Distribution Graph
  • Tornado Diagram.
  • Scatter Plot.

Qualitative and Quantitative Risk Analysis

  • Risk Register.
  • Qualitative Risk Analysis.
  • Risk Response.
  • Pre-Mitigated & Post Mitigated Scenarios.
  • Quantitative Risk Analysis.
  • Distribution Analyzer.

Cost Risk Analysis

  • Cost Risk.
  • Calculated Value Columns.
  • Resource Quick Risk.
  • Cost Risk Analysis.
  • Primavera P6 proqramının iştirakçıların kompüterinə yüklənməsi və sazlanması
  • Təlim materialları
  • Praktiki çalışmalar
  • Sertifikat
  • Kofe-break
  • İş tapmaqda köməklik
  • Təlimdən sonra dəstək

1. Kursun sonunda sertifikat verilirmi?

 Bəli sertifikat verilir.

2. Kursda iştirak edənlər işlə təmin olunur mu?

Kurslarımızda iştirak edənlərin CV-lərini əməkdaşlıq etdiyimiz şirkətlər bizdən işçi istədikləri halda onlara təqdim edirik.

3. Qrupda neçə nəfər olur?

Minimum 6 nəfər, maksimum 12 nəfər

4. Kurs hansı dildə tədris olunur?

Azərbaycan dilində. Tələb olunarsa ingiliscə də tədris olunur.

5. Primavera proqramını şəxsi kompüterimizə yükləyəcəksinizmi?

Bəli, kurs praktiki olduğu üçün iştirakçıların hər birinin şəxsi kompüterinə Primavera P6 proqramı yüklənəcək, və kursdan sonra da sizin kompüterinizdə qalacaq. Kursdan sonra yalnız şəxsi məqsədlər üçün istifadə edə biləcəksiniz. Hər hansı bir şirkətin işi üçün istifadə etmək qadağandır.

6. Dərslər necə tədris olunur?

Dərslər tam praktiki olaraq proqram üzərində tədris olunur. Yəni iştirakçıların hər biri kurs ərzində keçiriliən bütün mövzuları proqram vasitəsi ilə əyani olaraq nümunə layihə üzərində tətbiq edir. 

7. Fərdi olaraq kurs tədris olunurmu?

Bəli, fərdi olaraq da Primavera P6 kursunu tədris edirik. Ətraflı məlumat üçün zəhmət olmasa 050 257 15 36 nömrəsi ilə əlaqə saxlayın.

 

Please enable JavaScript in your browser to complete this form.
Name
Scroll to Top