Praktiki Layihələrin İdarə Edilməsi
Vüsal Həsənov
Layihələrin idarə edilməsi üzrə təlimçi
PMP (Project Management Professional), Layihə idarəetməsi üzrə beynəlxalq sertifikat
PhD, İqtisad üzrə fəlsəfə doktoru
Özəl sektor və dövlət qurumlarında, o cümlədən bir neçə beynəlxalq təşkilatda (Dünya Bankı, FinLit Group kimi) planlaşdırma, tədqiqat, inkişaf və idarəetmə sahələrində 10 ildən artıq iş təcrübəsi
Təhsilin idarə olunması və liderlik üzrə ABŞ Fulbright Humphrey proqramının qalibi (Kaliforniya Universitetində və Pensilvaniya Dövlət Universitetində təhsil)
İqtisadiyyat üzrə Türkiyə Respublikasında bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil
İqtisadiyyat və təhsil sahəsində 10-dan çox məqalə və konfrans materialı, həmçinin çoxlu sayda yerli və beynəlxalq konfranslarda və təlimlərdə iştirak
Təlim və tədris etdiyi sahələr: Layihələrin idarə edilməsi, Strateji idarəetmə, Korporativ sosial məsuliyyət, Beynəlxalq biznes və Marketinq
Təlim haqqında
Praktiki Layihələrin İdarə Edilməsi
Layihələrin effektiv idarə edilməsi hər bir layihə icra edən müəssisə üçün ən vacib amildir.
Müddət
21 saat
Dil
Azərbaycan dili
Qiymət
690 AZN
Təlimçi
Vüsal Həsənov
Layihələrin İdarə Edilməsi və İdarəetmə Metodologiyaları
- Layihə idarəetməsi metodologiyasının üstünlükləri
- Layihədə məhdudiyyətlərin balanslaşdırılması
- Layihənin xüsusiyyətləri
- Layihə nədir?
Layihə İdarəetməsi üzrə Əsas Anlayışlar
- Layihənin planlaşdırılması prosesi
- Layihənin Həyat Dövrü və Mərhələləri
- Layihə, Proqram və Portfel anlayışları
- Layihə rəhbərinin öhdəlikləri
Layihələrin Müəyyənləşdirilməsi və Seçimi
- Təklif üçün Sorğu (RFP) və əsas komponentləri
- Layihə Nizamnaməsi (Project Charter) və əsas komponentləri
- Layihənin idarəetmə strukturu ( Org. Chart)
- Layihənin müəyyənləşdirilməsi
Layihə Təkliflərinin Hazırlanması
- Təklifin verilməsində nəzərə alınmalı amillər
- Təklifin hazırlanması
- Təklifin qiymətləndirilməsində nəzərə alınmalı amillər
Layihə Tapşırığı və İşlərin iyerarxik Strukturu (WBS)
- Layihə tapşırığının (Project Scope) müəyyənləşdirilməsi
- İşlərin iyerarxik strukturunun (WBS) hazırlanması
- Öhdəliklərin Təyini Matrisi (RAM)
Layihədə Resursların və Müddətin Planlaşdırılması
- İşlərin və müddətin müəyyənləşdirilməsi
- Layihənin iş qrafikinin hazırlanması
- Resursların təxmin və təyin edilməsi
- Kritik Yolun (Critical Path) təyini
Layihədə Xərclərin Planlaşdırılması
- Xərclərin təxmin edilməsi
- Büdcənin planlaşdırılması
Layihədə Risklərin Planlaşdırılması
- Risklərin idarə edilməsi planı
- Risklərin müəyyənləşdirilməsi
- Risklərin qiymətləndirmə matrisi
- Anti-risk tədbirlərinin hazırlanması
Layihə Meneceri və Layihə Komandası
- İcra mərhələsində layihə menecerinin öhdəlikləri
- Effektiv layihə menecerlərinin əsas xüsusiyyətləri
- Layihə komandasının yaradılması və idarə edilməsi
Layihədə Kommunikasiyanın Təşkili və Sənədləşmə
- Layihədə kommunikasiya formaları
- Layihənin kommunikasiya planı
- İclaslar və hesabatlar
- Layihənin tapşırığına, vaxtına və büdcəsinə nəzarət
- Risklərə nəzarət
- Dəyşikliklərin idarə edilməsi
- Keyfiyyətə nəzarət
- İcra olunmuş dəyərin idarə edilməsi (EVM)
- Yekun mərhələdə görüləcək işlər
- Müştəri tərəfindən geri-bildiriş
- Layihəyə vaxtından əvvəl xitam vermə halları
- Öyrənilmiş təcrübələrin arxivlənməsi
- Layihənin sonunda bütün tərəflərlə müqavilələrə xitam verilməsi
- Layihənin performans dəyərləndirməsi
- İş Bölgü Strukturu (WBS)
- Təxminlərin hesablanması texnikaları
- Layihə işlərinin məntiqi asılılıqları
- Resursların təxmin edilməsi
- Layihə işlərinin müddətlərinin təxmin edilməsi
- Layihənin şəbəkə diaqramı
- Kritik yol metodu – CPM
- Xərclərin təxmini və büdcə planlaşdırması
- İnsan resurslarının planlaşdırılması