Microsoft Project layihə planlaşdırma və layihələrin idarə edilməsində istifadə olunan dünyanın ən məşhur proqramlarından biri, bir Microsoft məhsuludur. Bu proqram layihə menecerləri üçün dizayn edilib. Layihə rəhbərləri, layihə mühəndisləri və layihə planlaşdırma mütəxəssisləri bu proqramla plan hazırlıyır, görüləcək işlərə resurslar təyin edir, proqresi izləyir, layihə büdcəsini idarə edir və adam başına düşən iş yükünü analiz edə bilir.
Microsoft Project layihənin kritik yolunu yarada bilir, hansı ki, layihə müddətinə birbaşa təsir edir və kritik yolu bir zəncir kimi Gantt qrafikində göstərə bilir. Biz bununla layihə müddətinə təsir edən birinci dərəcəli işləri vizual olaraq görə bilirik. Bəs Gantt qrafiki nədir?…
Henry Gantt tərəfindən 1910-15 ci illərdə hazırlanıb. Layihələrdə işlərin başlama və başa çatma vaxtını göstərən qrafik növüdür. Bu qrafiklə layihədəki işlərin müddətini təqvim cədvəlində horizontal və vizual olaraq görə bilirik. Onu da qeyd edək ki, son bir əsrdə hazırlanan ən yaxşı metoddur.
Ms Project’də resurslar ( insan, avadanlıq və materiallar) layihədə mövcudluğa görə paylaşdırılır. Çünki hər resursun özünün ayrı təqvimi ola bilər və bir resurs bir neçə fəaliyyət üçün istifadə oluna bilər.
Layihələrdə işlərə təyin edilmiş resurslara əsasən layihə büdcəsi formalaşır. Microsoft Project’də hesabatlar formasında həm büdcəni, həm resursları həm də görülən işləri analiz etmək olur.
Əlbətdə ki, layihə uğuru üçün Microsoft Project kimi layihə planlaşdırma proqramları əsas faktordur.
Məşhur bir sitatda deyildiyi kimi: planlaşdırmada uğursuzluq, uğursuzluğu planlaşdırmaqdır.