Gantt şirkəti Azərbaycanda ilk dəfə “Layihə Kontrolunun əsasları” adlı ödənişsiz seminar həyata keçirdi

Yeni fəaliyyətə başlayan Gantt şirkəti 11 mart 2017-ci tarixində “Layihə Kontrolunun əsasları” adlı ödənişsiz seminar həyata keçirdi. Seminarda iş dünyasından layihələrdə çalışan mütəxəssislər və tələbələr iştirak edib. Gantt şirkətinin əməkdaşı layihə kontrol konsultantı, 15 ildən çox xarici şirkətlərdə beynəlxalq layihələrdə təcrübəsi olan Rəşad Məmmədov Azərbaycanda layihələrin idarə edilməsi və kontrol sahəsinin inkişafını hədəflədiyini qeyd elədi.

Seminarın sonunda şirkətlərdə layihələrin vəziyyəti ilə bağlı bu sahədə çalışan iştirakçılarla müzakirələr aparıldı. 
Qey edək ki, Gant şirkəti davamlı olaraq Layihələrin planlanması, idarə edilməsi və kontrol sahəsinin ölkəmizdə tanıdılması və inkişafı üçün bu cür seminarları davamlı olaraq həyata keçirməyi hədəfləyib. 

Ətraflı seminarı buradan izləyə bilərsiz: 

Seminarda aşağıdakı mövzuları əhatə olunub: 
1. Layihə nədir?. 
2. Layihələrin idarə edilməsi nədir?. 
3. Layihələrin idarə edilməsinin məzmunu (scope). 
3.1. Layihənin tərkibinin idarə edilməsi. 
3.2. Vaxtın idarə edilməsi. 
3.3. Büdcənin idarə edilməsi. 
3.4. Risklərin idarə edilməsi. 
3.5. Kommunikasiyanın idarə edilməsi. 
3.6. Keyfiyyətin idarə edilməsi. 
3.7. Təchizatın idarə edilməsi. 
3.8. İnsan Resurslarının idarə edilməsi. 
3.9. Performansın idarə edilməsi. 
4. Layihənin həyat dövrü. 
4.1. Layihənin başladılması. 
4.2. Planlama. 
4.3. İcra edilmə. 
4.4. Monitinq və izləmə. 
4.5. Bağlanma. 
5. Layihənin Kontrolu. 
5.1. Layihə kontrol mühəndisinin layihədəki rolu nədir?. 
5.2. Nə üçün layihə kontrolu önəmlidir?. 
5.3. Professional layihə kontrol mühəndisi ilə müəssisəniz nə qazanacaq?. 
6. Müxtəlif müəssisələrdə layihə kontrol anlayışı. 
7. Layihə kontrol mühəndisinin öhdəlikləri 
7.1. Büdcə planlama və kontrol 
7.2. Layihə planlama və qrafikləndirmə 
7.3. Monitorinq və hesabat 
7.4. Layihə tərkibinin(scope) və dəyişikliklərin idarə edilməsi 
7.5. Risklərin idarə edilməsi 
7.6. Qiymətləndirmə 
7.7. IMS & ERP sistemləri 
7.8. Müqavilələrin idarə edilməsi 
7.9. Təkliflərin hazırlanması 
7.10 Keyfiyyətə zəmanət 
8. Vaxtın idarə edilməsi – planlama,qrafikləndirmə və hesabatlar 
8.1. Əsas plan (baseline) 
8.2. Kritik yol 
8.3. Risk və gecikmələrin analizi 
9. Büdcənin idarə edilməsi 
9.1. Xərclərin iyerarxik strukturu (CBS) 
9.2. Xərclərin qiymətləndirilməsi (smeta) 
9.3. Büdcə planlama 
9.4. Büdcənin kontrolu 
9.4.1. Sənədləşmə 
9.4.2. Hesabatlar 
9.4.3. Proqnozlaşdırma və analizlər 
9.4.4. Risklər və antirisk tədbirləri 
9.4.5. İcra olunmuş dəyərin idarə edilməsi (EVM) 

Scroll to Top