Biz Kimik?

Haqqımızda

Bir ideya ilə başladı. Layihələrin planlaşdırılması və idarə edilməsi çətinləşirdi. Şirkətlər layihələrini vaxtında təhvil vermək və məhdud büdcələrinə nəzarət etmək istəyirdi, bunun üçün layihə komandasının işçilərinin bilik və bacarıqlarını artırmalı idilər. Hal-hazırda Gantt şirkəti şirkətlərdə layihələrin vaxt, resurs və büdcəsinə effektiv nəzarət etmək üçün, effektiv planlama və nəzarət sistemini qurur. şirkətlərin mövcud əməkdaşlarına təlim və kouçinq xidməti göstərməklə əməkdaşlarınızın layihələrin cari vəziyyəti ilə bağlı dəqiq məlumatların verilməsinə və layihələrin gələcəyi ilə bağlı düzgün təxminlər etməsinə nail olur.
Həmçinin şirkətlərə layihələrinin proqresini izləməyi və vaxtında gecikmənin, büdcə şişməsinin qarşısını almağın üsullarını və işçi qüvvəsindən, texnika və material resurslarından səmərəli istifadəsini öyrədərək onları uğurlu nəticələrə çatdırır.

Biz Kimik?

Gantt şirkətlərə və fərdlərə layihələri kontrol etməyin professional və praktiki üsulları öyrədərək onları uğurlu nəticələrə çatdırır. Biz inanırıq ki, insanlar nələri ki, kontrol edə bilərlər, kontrol etməlidirlər. Kontrol edə biləcəklərinə fokuslanmalıdırlar. Biz inanırıq ki, şirkətlər layihələrini kontrol edərək öz bizneslərinin gedişatını və nəticəsini daha yaxşıya dəyişdirə bilərlər. Əgər siz fərd və ya şirkət olaraq öz layihənizin, biznesinizin hər bir mərhələsinə nəzarət etmək istəyən birisinizsə, bizim sizin üçün məhsul və xidmətlərimiz var. Təlimləri keçdiyimiz məhsulları və konsultasiyamızı öz layihələrinizə tətbiq edərək, layihələrinizə nəzarəti yaxşılaşdıracaq və effektivliyi artıracaqsız. Əsas prinsipimiz iş dünyasındakı profesionallara və gələcəkdə layihə komandasına daxil olma xəyalında olan tələbələrə bu dəyəri ötürməkdir.

"Gantt" sözünün mənası

Brendimizin mənası: Henry Gantt-ın adından götürülüb. O, mühəndis və menecment konsultant idi. 1915-ci ildə Gantt metodunu yaratdı. Hansıki, son bir əsrdir layihə idarəçiliyi, planlaşdırma və qrafikləndirmədə ən uğurlu üsul sayılır. Bu üsul zaman keçdikcə bir birinin ardınca uğurlu layihələrdə istifadə olundu. 1980-cı ildən kompyuterlərin və proqram təminatlarının inkişafından sonra Gantt qrafikli planlaşdırma proqramlarının istifadəsi başlandı beləliklə layihə menecerləri və planlaşdırma mütəxəssislərinin effektivliyini artırdı.

Dəyərlərimiz

Güvən

Məsuliyyətlilik

İnnovativ və Praktiki

Müştəri fokuslu

Scroll to Top