Primavera Kursu haqqında
Primavera P6 dünyada ən çox istifadə olunan layihə planlaşdırma, nəzarət və idarə etmə proqramıdır.
Bu proqram hər növ və böyüklükdəki layihələr üçün ən yaxşı idarəetmə vasitəsidir. Primavera hər hansı bir layihəni başdan sona qədər bütün tərəfləri ilə planlaşdırmanızı və nəzarət etmənizi təmin edəcək proqramdır. Layihənin vaxtının, büdcəsinin, resursların, risklərin təyin edilməsi və analizi baxımından sizə çox kömək olacaq və müvafiq hesabatların hazırlanmasında sizin üçün ən yaxşı vasitədir. Layihə yönümlü fəaliyyət göstərən şirkətlərə fərqli sfera və platformalarda, sektorlarda müxtəlif həllər təqdim edir.Primavera ilə hər hansı bir layihəni planlayaraq o layihədə iştirak edən hər kəsin iş müddətindəki vəziyyətini izləmək mümkündür. Beləliklə layihənin həyat dövrü(icrası) ərzində hansı gün hansı işçilərin işləyəcəyini,nə qədər resurslara ehtiyacınız olduğunu, hansı ay nə qədər büdcəyə ehtiyacınız olduğunu, problemlərin proyektə nə qədər mane olacağını, hər an qazanc və ziyanın balansını tam olaraq nəzarətdə saxlama və layihənin gələcəyi ilə bağlı düzgün proqnozlar vermə imkanınız olacaq.
Qeydiyyat formu