Gantt şirkəti "Layihələrdə İnsan Resurslarının İdarə Edilməsi" seminarı keçirib
Gantt şirkəti 27 iyul 2017 tarixində "Layihələrdə İnsan Resurslarının İdarə Edilməsi" adlı ödənişsiz seminar keçirib.
İstanbul Universitetinin İnsan Resurslarının İdarəolunması üzrə doktorantı, istehsalat, neft-qaz və layihələrin idarəedilməsi üzrə beynalxalq şirkət və qlobal layihələrdə təcrübə qazanmış, ixracat, insan resursları, təşkilati tərtibat və iş proseslərinin qurulması sahələri üzrə geniş təcrübəyə və böyük peşəkarlığa sahib təlimçi Azad Ömərov öz təcrübəsini dinləyicilərlə bölüşüb.
60-dan çox iştirakçının olduğu seminarın sonunda dinləyicilərin sualları cavablandırılıb. Seminarda dinləyicilərə aşağıdakı mövzular haqqında məlumat verilib:
1. Şirkət və layihə əsasında insan resurslarının idarəolunmasının müqayisəli təhlili, şirkət və layihənin ümumi strukturu
2. Layihədə insan resurslarının düzgün təyin olunması və planlaşdırılması
3. Komanda üzvlərinin vəzifə bölgüsü, təyinatı və subordinasiyası
4. Şirkətin layihədəki iştirak funksiyasına görə işçilərin dəyişən vəzifələri
5. Layihənin mərhələlərinə uyğun olaraq insan resurslarının təyin olunması
6. Layihə komandası üzvlərinin seçilmə prosesi və mobilizasiyası
7. Layihə komandasının təşkili və idarə edilməsi və bu prosesdə qarşılaşılan çətinliklər
8. İşçilərin layihədəki performansının ölçülməsi və şəxsi bacarıqlarının artırılması
9. Layihə dövründə təlim, inkişaf və karyera
10. Layihə komandası üzvlərinin demobilizasiyası
Növbəti təlimlərdən xəbərdar olmaq və bizimlə əlaqə saxlamaq üçün aşağıdakı vasitələrdən istifadə edə bilərsiniz:
(050) 428 88 58
office@gantt.az
Yazar
Mikayıl Rəhimov
Konsultant | Təlimçi