Layihələrin idarə edilməsi sahəsinə maraq artır!
Layihələrin idarə edilməsi sahəsinə maraq artır!
Gantt şirkəti 5 may 2017-ci il tarixində beynəlxalq dərəcəli ekspert Ramiz Məmmədlinin təqdimatında Praktiki Layihələrin İdarə Edilməsi mövzusunda seminar təşkil etdi. Seminara 80 nəfərə yaxın iştirakçı qatıldı. Seminarın interaktiv keçməsi onu göstərdi ki, Azərbaycanda layihə idarəetməsi sahəsinə maraq artır.
Seminarda aşağıdakı mövzular əhatə olundu:
Layihə menecmenti nəyimə lazımdır?
Layihə İdarəetməsi üzrə beynəlxalq standartlar
Layihə İdarəetməsi üzrə beynəlxalq metodologiyalar
Tarixdə layihələrin idarə edilməsi
“Layihə”, “proqram” və “portfel” anlayışları
Layihələrdə üçlü məhdudiyyət anlayışı
Layihənin fəaliyyət dövrü və idarəetmə sahələri
Praktiki tapşırıq
Təşkilati strukturlar
Qeyd edək ki, Gantt şirkəti gələcəkdə də layihə planlama, layihələrdə keyfiyyətin idarə edilməsi, layihələrdə risklərin idarə edilməsi, büdcə planlama kimi mövzularda seminarlar təşki etməyi nəzərdə tutmuşdur. Həmçinin Gantt şirkəti bu sahələrdə təlim və xidmətlər göstərir.
Seminardan görüntüləri aşağıda təqdim edirik:
Yazar
Mikayıl Rəhimov
Konsultant | Təlimçi