Gantt şirkəti PMD Group MMC-nin əməkdaşlarına təlim keçdi
Gantt şirkətinin daha bir təlimi uğurla başa çatıb. Layihələrin idarə edilməsi təliminin bu dəfəki iştirakçıları PMD Group MMC-nin əməkdaşları olub.
Dekabr ayının 2-də başlayan təlim bir ay davam edib. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlimçi Layihə idarəetməsi üzrə beynəlxalq sertifikatlı, İqtisad üzrə fəlsəfə doktoru Vüsal Həsənovdur.
Növbəti təlim üçün qeydiyyat artıq başlayıb. Primavera P6 və Microsoft Project proqramlarının tətbiqi ilə keçirilən Praktiki Layihələrin İdarə Edilməsi təliminin müddəti 21 saatdır.
Təlim haqqında daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün bura daxil olun.
Son qeydiyyat tarixi: 10 Fevral 2018
Oxundu: 5777
Yazar
Mikayıl Rəhimov
Konsultant | Təlimçi