Layihə Planlaşdırmanın 3 Elementi
Layihə nədir? -PMI(Project Management Institute)-ya görə: Unikal bir məhsul və ya xidməti yaratmaq üçün müvəqqəti edilən cəhddir. Müəyyən bir yerdə, müəyyən bir vaxt ərzində, müəyyən bir büdcə ilə, dəqiq olaraq təyin edilən məqsədlərin reallaşdırılması üçün planlanan fəaliyyətlər toplusudur.
Bir layihəyə başlayanda ən vacib işlərdən biri: Planlaşdırmadır! Çünki uğurlu olub olmayacağının göstəricilərindən ən əsasıdır.
'Layihə planlama Layihə uğuru üçün həlledici amildir'.
Planlaşdırma nədir?: Gələcəyə aid görüləcək işləri, yol xəritəsini öncədən dizayn etmə prosesidir. Layihənin tələblərinin, resurslarının, miqdarının, vaxtının təyin edilməsidir. Layihə çatmaq istədiyimiz nəticə, layihə planlama hədəflədiyimiz nəticənin planlaşdırılmasıdır.
Planlaşdırmanın 3 elementi:
1 – İş həcmi(Scope)- Layihənin dolğun və dəqiq olaraq görüləcək işlərin müəyyən edilməsidir. Bu da layihənin uğurlu olmasının əsas faktorlarından biridir. Bunun üçün ən yaxşı vasitə WBS(work breakdown structure)-dir. WBS –işlərin dekompozisiyası;yəni, iş həcminin təsnifatlandırılmasıdır. WBS görüləcək işlərin vizual təsviri və işlərin iyerarxik formatda ortaya qoyuluşudur. Çünki bu şəkildə layihənin mərhələləri daha aydın hala gəlir. Qarışıq olan fəaliyyətləri daha kiçik idarə edilə bilən işlər vəziyyətinə gətirmək olur.
2 – Zaman(time)- bir layihənin təhvilini reallaşdırmaq üçün lazım olan vaxt mənasına gəlir. Fəaliyyətləri zamanlayaraq, işlər arasındakı fasiləni quraraq sərf edəcəyimiz zamanı hesablaya bilərik. Vaxt planlamasında ən vacib iş müştərilər tərəfindən tələb olunan, layihənin başa çatma vaxtını dəqiqləşdirməkdir. Bundan sonra geriye doğru gedərək digər kritik olan əsas mərhələlərin vaxtını təyin etmək olar.
3.- Büdcə(cost)-İş həcmlərini təyin edib, zaman planlaşdırma etdikdən sonra layihə büdcəsinin nə qədər olacağı proqnozlaşdırılmalıdır. Bura daxildir: lazım olacaq resurs xərclərinin təxmin edilməsi və buna uyğun olaraq büdcənin işlər üzrə paylanması. Eyni zamanda layihənin performansı ölçülməsi üçün də bu bizə lazımdır.
Napoleon Hill çox gözəl demişdi: 'İşlərinizi planlayın, planlarınızı işləyin'.
Yazar
Şamil Bağmanov
Biznesin inkişafı üzrə menecer