100 ilin GANTT hekayəsi
Gəlin bir az keçmişə gedək. 100 il əvvəl, ABŞ. Birinci Dünya müharibəsi təzə sona çatmışdı…
Polkovnik Con Tomson tərəfindən ABŞ üçün vacib hərbi ixtira edildi. Buna görə mükafatlananda o Henry Gantt-a diqqət çəkdi. Öz layihəsinin uğurlu olmasının səbəb kimi GANTT qrafikləndirməsini göstərdi. O demişdi ki, GANTT qrafiki mənim kompasım oldu.Henry Gantt mühəndis və menecment konsultant idi. 1915-ci ildə öz GANTT metodunu yaratmışdı. İşlərin başlama və başa çatma vaxtını vizual göstərən qrafik növü idi. Bu qrafiklə işlərin müddətini təqvim cədvəlində horizontal və vizual olaraq görə bilirik.Hansı ki, son bir əsrdir layihə idarəetmə, planlaşdırma və qrafikləndirmədə ən uğurlu üsul sayılır. Bu üsul zaman keçdikcə bir-birinin ardınca uğurlu layihələrdə istifadə olundu.
Əlbəttə ki, həmin dövrdə hələ personal kompyuterlər kəşf edilməmişdi. 1980-cı ildən kompyuterlərin və proqram təminatların inkişafından sonra Gantt qrafikli planlaşdırma proqramların istifadəsi başlandı və layihə menecerləri və planlaşdırma mütəxəssislərinin effektivliyini artırdı.Hal-hazırda Gantt metodu layihələrin mərhələlərini və fəaliyyətlərini vizual olaraq göstərə bilən ən vacib texnika halına gəlib. Ən faydalı layihə idarəetmə üsuludur. Əgər istənilən ölçüdə olan layihənizi planlıyırsızsa və ya icrasını kontrol edirsizsə GANTT qrafikinə ehtiyacınız olacaq.
Yazar
Şamil Bağmanov
Biznesin inkişafı üzrə menecer