Necə Daha Çox Nizamlı Olmalı: Planlaşdırma
Bütün günü məşğuluq və hələ də bizim üçün vacib olan, nəzərdə tutduğumuz işləri həll etməmişik. Əvəzində, bütün etdiyimiz emailləri oxumaq və cavablamaq olub.Çünki bizim bir planımız yoxdur.Ən əsas səbəblərdən biri digital diqqət yayındıran vasitələrə(sosial media və ya email) yönəlməyimizdir ki, biz çətin olan işləri görməkdən uzaqlaşmağa çalışırıq. Çətin bir hesabatı həll etməkdənsə 2 saat e-maillərə vaxt sərf etmək daha rahatdır. Və ya biz sosial mediada “araşdırma” edirik düşüncəsi ilə vaxt keçiririk, faktiki isə görməli olduğumuz işləri gecikdiririk.
Əgər biz e-mail, sosial media, internet kimi digital işlərdən uzaq durmasaq və smartfonlarımıza baxmaq bizim bütün iş günümüzü apara bilər.
Planlama nizamlı, daha çox məhsuldar və diqqət dağınıqlığını minimallaşdırmaq üçün istifadə etməli yolumuzdur.
Biz digital platformanı diqqətimizi dağıtmayacaq şəkildə istifadə etməyin və bütün vaxtımızı almamağın yolunu tapmalıyıq.
Gəlin başlanğıc üçün planlamanın bir aspektindən baxaq. Bugün etməli olduğunuz işləri əhəmiyyətinə görə sıralayaraq başlayın. Özünə soruş:
Bu:
Mini işdir ( 5 dəqiqə və ya az vaxt aparır)?
Qısa işdir (5-30 dəqiqə arası vaxt aparır)?
Daha uzun işdir( yarım saatdan bir günə qədər vəya daha çox vaxt aparır)?
Və ya bu Layihədir(bir gün və ya daha artıq vaxt aparacaq)?
Sonra günlük plan hazırlamağa başlayın, müxtəlif fəaliyyətlərinizi vaxt aralıqlarına yerləşdirin.
Sosial medianı yoxlamaq kimi digital fəaliyyətlər daha çox mini və ya qısa işdir. Uzaq durmasaq e-mail özlüyündə bizim çox vaxtımızı apara bilər.
Planlama digital fəaliyyətləri həll etmək istədiyinizdə bunun bir həllidir.
Oxşar, qısa və mini işləri birləşdirin ki, başlama və dayanmalar vaxt itkisinə səbəb olmasın. Misal üçün sosial media yeniləmələrini interneti yoxladığınız zaman göndərin.
Layihələrin idarə edilməsində olduğu kimi layihələr kiçik alt başlıqlara bölünməlidir ki, reallaşdırmaq asan olsun.
Ən yaxşısı işləri təcili vəziyyətə gəlmədən həll etməkdir, çünki belə olduğu halda planımıza nəzarət etmək daha rahat olur.
Uzun müddətli işlərimizdə fikrimizin yayınma ehtimalı daha çox olur, bunun üçün fokuslanma bacarığımızı artırmalıyıq.
Çox vaxt aparan işlərə gəldikdə, realistik olun. Bu cür işlərdən ehtimal ki, günlük maksimum 3 işi görə bilərsiz.
Uzun işlərdə bacardığınız qədər kəsintisiz işləməyə çalışın ( ən az 1 saatdan 3 saata qədər).
Sabah üçün planınızı bu gündən hazırlayın. Planınızı yazın.
Yazar
Şamil Bağmanov
Biznesin inkişafı üzrə menecer