Gantt şirkətinin keçirdiyi seminar böyük marağa səbəb oldu
Gantt şirkəti 30 Avqust 2017 tarixində “Layihələrdə komandanın idarə edilməsi və kommunikasiya” adlı seminar keçirib.
“Layihələrdə komandanın idarə edilməsi və kommunikasiya” seminarı böyük marağa səbəb olub.
Seminarın təlimçisi ABŞ-ın University of Illinois məzunu, Saymore şirkətinin təsisçisi, EBSCO beynəlxalq şirkətin 26 ölkə üzrə meneceri, həmçinin Dubay və Amerikanın TedX-larında çıxış edən professional natiq, təlimçi və kouç Seymur Rəsulov olub.
150 dinləyicinin qatıldığı seminarda aşağıdakı mövzular haqqında danışılıb:
Layihələrin uğurlu idarə edilməsi üçün komanda daxili ünsiyyətin mahiyyəti
Fərdlər arası ünsiyyət və komanda ruhu
Fərdi inkişaf, gələcək lider və menecerlik rollarına hazırlıq üçün komunikasiyanın rolu
Seminarın sonunda isə Seymur Rəsulov iştirakçıların suallarını cavablandırıb.
Növbəti təlimlərdən xəbərdar olmaq və bizimlə əlaqə saxlamaq üçün aşağıdakı vasitələrdən istifadə edə bilərsiniz:
(050) 428 88 58
office@gantt.az
Yazar
Mikayıl Rəhimov
Konsultant | Təlimçi